Modern.az

Ərdoğan Trampla görüşdü

Ərdoğan Trampla görüşdü

11 Noyabr 2018, 10:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb.

 

Modern.az Turkiyə KİV-nə istinadən xəbər verir ki, görüş Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub.

 

Axşam yeməyi zamanı yan-yana oturan Rəcəb Tayyib Ərdoğan və Donald Tramp bir müddət söhbət ediblər.

 

Məlumata əsasən, ziyafət zamanı prezidentlər arasında qısa söhbət olub.

 

Qeyd edək ki, amerikalı rahib Endryu Branson azadlığa buraxılmasından sonra Türkiyə və ABŞ arasında siyasi gərginlik azalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi