Modern.az

İnam Kərimov qəbul keçirəcək

İnam Kərimov qəbul keçirəcək

12 Noyabr 2018, 18:44

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.



Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi