Modern.az

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

12 Noyabr 2018, 20:37

ABŞ Gürcüstanın Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində hərbi aerodrom inşa edəcək. Modern.az xəbər verir ki, bu məsələ Tbilisidə səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşündə müzakirə olunub.

 

Gürcüstan Baş nazirinin dəftərxanasından bildiriblər ki, görüşdə ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədilə hazırlanan layihələrə Birləşmiş Ştatlar tərəfindən müvafiq dəstəyin göstərilməsi və s. məsələlər diqqət mərkəzində olub.

 

Görüşdə Vazianidə hərbi aerodromun tikintisi xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, bu obyektin tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi