Modern.az

Goranboyda ağır qəza

Goranboyda ağır qəza

12 Noyabr 2018, 23:53

Goranboy rayonunda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Fəxralı kəndində baş verib.

 

Minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1982-ci il təvəllüdlü İlahə Xoyluyevanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi