Modern.az

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

13 Noyabr 2018, 01:11

ABŞ Prezidenti Donald Tramp hazırki həcmdən bazara daha az neft çıxarılacağı halda qiymətlərin bahalaşacağından narahatdır.  Modern.az xəbər verir ki, Tramp bu barədə “Tvitter” hesabında yazıb.

 

“Ümid edirəm ki, Səudiyyə Ərbistanı və OPEK hasilatı azaltmayacaq. Neft qiyməti tədarükə əsasən bir qədər ucuz olmalıdır”, - Tramp qeyd edib.

 

Qeyd edək ki, OPEK ölkələrinin gündəlik neft hasilatını bir milyon barrel azaltmaqla bağlı ilkin razılığı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər