Modern.az

“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Komitə sədri  

“Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır” - Komitə sədri    

13 Noyabr 2018, 12:27

“Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır.

“Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?