Modern.az

Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - Sensasion İDDİA

Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - Sensasion İDDİA

13 Noyabr 2018, 14:33

ABŞ-ın “New York Times” qəzeti jurnalist Camal Kaşıqçının qətli ilə bağlı yeni detallar açıqlayıb.

 

Modern.az qəzetə istinadən xəbər verir ki, qətli törədən şəxslərin səs yazısında onların qrup rəhbərinə verdikləri hesabatda “boss”a hər şeyi olduğu kimi danışmaları xahiş olunur.

 

Türkiyəyə ezam olunmuş Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ehtimal edir ki, “boss” adı altında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd ibn Salman Əl Saud olub.

 

Oktyabrın əvvəllərində Türkiyənin “Sabah” və “Hurriyet” qəzetləri Camal Kaşıqçının qətli barədə göstərişin Səudiyyə kəşfiyyatının yüksək rütbəli zabiti və Məhəmməd ibn Salman Əl Saudun məsləhətçisi Əhməd Assiri tərəfindən verildiyini yazıb

 

Camal Kaşıqçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Onun cəsədi bu günə qədər tapılmayıb.

  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu