Modern.az

Slovakiyanın Azərbaycanda səfirliyi açılır

Slovakiyanın Azərbaycanda səfirliyi açılır

13 Noyabr 2018, 15:47

"Slovakiya Azərbaycanda səfirliyini açmaq istəyir".

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda Slovakiyanın baş naziri Peter Pelleqrini  bildirib.

 

"Bundan başqa, iki ölkə arasında hökumətlərarası komissiya yaradılacaq. Azərbaycanın Avropadakı statusunun necə vacib olduğunu bilirik. İki ölkə arasında ticarət dövriyyəsi son illər artıb, lakin istədiyimiz səviyyədə deyil. Slovakiya şirkətləri maşınqayırma, energetika, informasiya və kommunikasiya texnologiyaları, kimya sənayesi və digər sahələrdə əməkdaşlıqda maraqlıdır", - deyə o qeyd edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi