Modern.az

Deputat qiymət artımına etiraz etdi

Deputat qiymət artımına etiraz etdi

13 Noyabr 2018, 17:11

Deputat Vahid Əhmədov ərzaq və dərman bazarında qiymətlərin bahalaşmasından danışıb.

Modern.az-ın məlumatına görə, deputat Vahid Əhmədov parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, milli valyutamızın gələn il və ondan sonrakı 3 il ərzində dollara qarşı kursu 1.70 manat səviyyəsində müəyyən olunub.

“Gələn ilin büdcəsində inflyasiyanın 3,8 faiz olacağı göstərilir. Bunun fonunda Azərbaycanda qiymət dəyişilməməlidir. Amma gəlin görək, nə baş verir? Azərbaycan bazarında qiymətlər böyük sürətlə inkişaf edir. İstər ərzağın, istərsə də dərmanın qiyməti bahalaşıb. Bu göstərilən xətlə mütənasib deyil”.

Deputat həmçinin Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyi müsbət dəyərləndirib.

“Sahibkar və fəhlə 40 faizə qədər vergi ödəyirdi. Ona görə də məcbur idilər ki, gizlədilmələr aparsınlar və ikili mühasibatlığa baş vursunlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər