Modern.az

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

13 Noyabr 2018, 17:20

“Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsini təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa onun 50 faizi həmin təşkilatların hesabına keçir.

“Hesab edirəm ki, əgər rayon öz büdcəsini təmin edirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın. Və  sosial xərclərə sərf etsin. Bu, çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı