Modern.az

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

13 Noyabr 2018, 17:41

“Ölkə başçısının fərmanına uyğun olaraq, şəhid ailələrinə 11 manat məbləğində birdəfəlik yardım ödənilir. Hesab edirəm ki, 11 manatlıq yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq hər bir şəhid ailəsinə verilməlidir. Bu gün səhər 96 şəhid ailəsi məktubla mənə müraciət ediblər. Xahiş ediblər ki, onların problemini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət hər bir şəhid ailəsinə 1000-2000 manat yardım edə bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin iclasında deyib.

 

Deputat qeyd edib ki, 2019-cu ilin dövlət büdcəsindən şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinə dövlət büdcəsindən 45,5 milyon manat vəsait ayrılıb.

 

“Eyni zamanda qaçqınlar və məcburi köçkünlərin mənzil tikintisinə görə 200 milyon manat vəsait ayrılıb. Təqribən bunların ikisinin cəmi qədər 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Hökumət üçün prioritet nədir? Uzun illər mənzil növbəsində dayanan insanlar, yoxsa yeni idman obyektlərinin tikintisi? Hesab edirəm ki, burada müəyyən ixtisarlar aparılmalıdır. Bu vəsaitlər 2-3 dəfə artırılmalıdır ki, biz bu insanları mənzillərlə təmin edə bilək”.

 

Onun sözlərinə görə, gələn il nəzərdə tutulur ki, ölkədə pensiya 241, orta aylıq əməkhaqqı isə 641 manat məbləğində olacaq. “Mən keçən dəfə təklif etdim ki, pensiyanın həddi ən azı orta aylıq əməkhaqqının 80 faizinə qədər qaldırılsın. Hörmətli Samir Şərifov isə söylədi ki, dünyada bu 60 faizdir. Yaxşı, onda 60 faiz həddinə çatdıraq. Ona görə ki, 241 manat pensiya həddindən artıq azdır”.

 

Deputat təhsil naziri Ceyhun Bayramovun gördüyü işləri, apardığı islahatları yüksək qiymətləndirib. “Hesab edirəm ki, orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəblərə qəbul həyata keçirilməlidir. Məncə, bunu etsək biz repetitorluğun qarşısını ala bilərik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir