Modern.az

Deputatdan banklara sərt İTTİHAMLAR

Deputatdan banklara sərt İTTİHAMLAR

13 Noyabr 2018, 18:00

“Şəhid ailələri ilə bağlı məsələni həll etmək lazımdır. Bu, sadəcə, maliyyə məsələsi deyil, dövlətçilik, milli-mənəviyyat məsələsidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, bu məsələlərdə gərginlik yaratmağa ehtiyac yoxdur.

 

M.Qasımlı qeyd edib ki, vətəndaşların özünəməşğulluq proqramının təşviq edilməsinə geniş yer verilməlidir.

 

“Belə olan halda, vətəndaş həm özünü təmin edəcək, həm də bazara məhsul çıxaracaq, sosial gərginlik olmayacaq. Bu, çox vacib məsələdir”.

 

Deputat həmçinin bildirib ki, Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir.

 

“Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib. Hökumət bu sahədə qəti tədbirlər görməlidir. Bir çox özəl bankların özbaşınalıq etməsinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı