Arxiv
13 Noyabr 2018, 18:52 | AKTUAL
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən DOST Agentliyinin və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək “DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək “DOST” mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.

 

Qeyd edək ki, bundan əvvəl də dövlət başçısının 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə Agentliyin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılmışdı.

 

“DOST” layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

 

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST Agentliyinin və 124 növdə xidmət göstərəcək “DOST” mərkəzlərinin yaradılması üçün müvafiq işlər davam etdirilir. Nazirlik tərəfindən artıq “DOST” konsepsiyası, aidiyyəti hüquqi bazanın formalaşdırılması məqsədilə normativ hüquqi aktların layihələri, “DOST” mərkəzlərinin struktur, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri, vəzifə təlimatları və s. hazırlanıb.

 

Cari ildə Bakı şəhərində ilk “DOST” mərkəzinin açılması ilə bağlı işlərə başlanılıb və növbəti illərdə də respublikamızın bölgələrində belə mərkəzlərin açılması nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26