Modern.az

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 

Samuxda elektrik yarımstansiyasında partlayış - yaralılar var 

Aktual

14 Noyabr 2018, 11:45

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub. Modern.az "Report"a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alanlar var. 

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli  yanıq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür