14 dekabr 2018, Cümə
Ana Səhifə - - Diaspor işindəki dönüş və antimilli qüvvələrin narahatlığı
Diaspor işindəki dönüş və antimilli qüvvələrin narahatlığı
15.11.2018, 13:49

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın daha çevik və səmərəli şəkildə təşkilatlanmasına, diaspor qurumlarının  fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ilə diqqət mərkəzindədir.


Görünən odur ki, aparılan islahatlar qısa müddətdə nəticə verib və soydaşlarımızın ölkənin milli maraqları naminə daha sıx birləşməsi formulası, onlara Diaspor Komitəsinin yeni rəhbərliyinin real və konkret dəstəyi xaricdəki bəzi antimilli qüvvələrin narahatlığına, Azərbaycanı istəməyən bəzi dairələrdə qıcığa səbəb olmaqdadır.           


İllərdir ayrı-ayrı ölkələrdə yaranan diaspor təşkilatları pərakəndə şəkildə fəaliyyət göstərirdi. Bir təşkilat rəhbərinin sözü, digərinin boğazından keçmirdi. Təbii ki, xalqımıza qarşı olan qüvvələr bundan daha dərin formada yararlanmağa çalışırdı. Diaspor təşkilatlarımızın pərakəndə şəkildə fəaliyyət göstərməsi, əvvəllər Komitə tərəfindən lazımınca koordinasiya edilməməsi xaricdəki düşmənlərə və antimilli qüvvələrə ölkəmiz əleyhinə əks təbliğat aparmalarına, bir sözlə, ermənilərin xeyrinə münbit şərait yaradırdı.

         
Məsələn, xaricdəki erməni diaspor təşkilatları iri addımlarla ön cərgədə dayanmışdı. Bu da Azərbaycanın ümumi imicinə zərbə idi...        

         
Amma Avropanın əsas aparıcı ölkələrində azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və bu tarixi hadisələrə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qatqısı artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların “işinə” maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor qurumlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun  təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb.      

         
Deməli, konkret hədəflərə hesablanan strategiya və mövcud situasiyanın təhlil edilməsi ilə qəbul olunan qərarlar nəticəsini verməyə başlayıb.

Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.     

         


Soydaşlarımızın əksəriyyəti bunu gizlətmir ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlartından sonra qısa müddətdə görülən işlər artıq diaspor təşkilatlarına və sıravi həmvətənlərimizə ardıcıl, təəssübkeş fəaliyyət üçün ümid və enerji verib.

         
Təhlillər göstərir ki, yad məmləkətlərdə yaşayan soydaşlarımızın məqsədli və şəffaf fəaliyyətə, bunun nəticəsində isə bir arada toplaşmağa ehtiyacı var...    

         
Güclü və işləməyi sevən kadrların potensialı həmişə maraq doğurur. Diaspor Komitəsinin yeni  fəaliyyət proqramı həm ermənilərin, həm də erməniliyə xidmət edən anti-milli ünsürlərin ürəyincə olmayıb.


Son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatlarının bir araya gətirilməsi, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin beynəlxalq gücünə çevrilməsi və s. kimi işlərin düşmən təxəyyüllü olanları narahat etməsi təbiidir. Bir sıra ölkələrdə vahid gücə çevrilən təşkilatlarımızın artıq proseslərə təsir imkanları da artır.

Deməli, Ukraynada aralarında ziddiyyətlər olan diaspor təşkilatlarının birləşməsi, eləcə də Avropa ölkələrində azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasının daha bir vacib nəticəsi odur ki, həm də diaspor təşkilatları proseslərə təsiretmə imkanlarını ortaya qoya biləcək, Qarabağ münaqişəsinin gündəmə gətirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində  effektivliyi artıracaq. 

         
Artıq xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə təsnifatlanmır 

         
...Və xaricdə yaşayan soydaşlarımızla bağlı hazırki mənzərə budur: artıq xaricdə yaşayan azərbaycanlılar siyasi dünyagörüşlərinə görə təsnifatlanmır. Komitə hər hansı düşüncəyə fərq qoymadan hər bir azərbaycanlıya sahib çıxır. Bu isə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Prezidenti olacaq. Bunun əyani sübutlarından biri məhz Komitənin dünya azərbaycanlılarına yönəlik apardığı fəaliyyətdir.          


Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyətini ekspertlər də təqdir edirlər.


Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov da deyir ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir:

“Hesab edirəm ki, dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.

         
Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov da diaspor təşkilatlarının Koordinasiya şuralarının ümumi işimizin səmərəsinə müsbət təsir edəcəyini düşünür.

“Xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları hər hansı əlamətdar günlə bağlı müxtəlif tədbirlər keçirir. Eyni anda hamısı tədbir keçirərkən bunun effekti olmur və bir azərbaycanlı olaraq hansına gedəcəyini bilmirsən. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna çox böyük ehtiyac var”.

         
“Görülən işlərə tənqidi yanaşanlar hər zaman olacaq”

         
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının  əlaqələndiricisi  Toğrul Zeynalov şuranın planlarından danışarkən bildirib ki, görülən işləri gözü götürməyən insanlar həmişə olacaq.

         
“Əsas prioritet Azərbaycanın diaspor siyasətini yüksək səviyyədə həyata keçirmək, Azərbaycan həqiqətlərini, Xocalı faciəsini beynəlxalq ictimaiyyətə  çatdırmaqdır. Bununla yanaşı, Fransada bizim təhsil, idman və digər sahələrdəki fəaliyyətimiz davam edir. Əgər antimilli ünsürlərin gözü həm bizim, həm də komitənin gördüyü işləri götürmürsə, buna sevinmək lazımdır. Çünki qıcıq varsa, demək ki, ortada bir iş, əməl var. Qısa zaman kəsiyində bir çox işlər görülüb. Kimlərin nə deməsindən asılı olmayaraq, biz yolumuza davam edirik. Vətənimiz, dövlətimiz üçün əlimizdən gələni yox, hətta artığını etməliyik”.

         
“Hamı görüşə dəvət edilmişdi, kimsə gəlməyibsə, bunu ayrıseçkilik kimi qələmə vermək olmaz”

         
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov şuranın fəaliyyətindən danışarkən, Diasporla İş üzrə Dövlət Komitəsinin son 5-6 ay ərzində həyata keçirdiyi işlərə də diqqət çəkib.

         
“İsveçrədəki azərbaycanlıların görəcəyi işlər çoxdur. Dünən Koordinasiya Şurasında təmsil olunan dörd diaspor təşkilatının toplantısını keçirdik, hər bir təşkilatın üzərinə düşən işləri müəyyənləşdirdik, bir sıra qərarlar qəbul etdik. Təəssüf ki, bir çoxları heç bir fəaliyyət göstərmədən özünü yüksəklərdə görmək istəyir. Bu da yanlışdır. Diaspor istiqamətində müəyyən işlər görüb nəticə əldə edən insanların fəaliyyəti göz önündədir. İşləyən insanları ayrıseçkilik etməkdə günahlandırmaq düzgün deyil. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi xaricdəki azərbaycanlılar arasında ayrı-seçkilik yaratmaqda günahlandırılır. Halbuki,  Komitə rəhbərliyi İsveçrədə səfərdə olarkən hamını görüşə dəvət etmişdi. Kimsə şəxsi istəyi ilə görüşə gəlməyibsə, bunu ayrıseçkilik kimi qələmə verməli deyil”.

         
Azərbaycana xidmət etmək düşmənlərimizdə qıcıq yaradır

         
Dünyanın əksər ölkələrində yaşayan gənc diaspor nümayəndələri Azərbaycanda – yay düşərgəsi layihəsində bir araya gətirilir.

         
Xaricdə yaşayan azərbaycanlılara siyasi mənsubiyyətinə görə fərq qoyulmur.

         
Komitə bütün fəaliyyətini şəffaflıq üzərində qurur. Dünyanın böyük ölkələrində Azərbaycanlıların Koordinasiya Şuraları yaradılır.

         
Dünya Azərbaycanlılarının fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Komitəsinin nəzdində Fond yaradılır.

         
Dünyanın ən güclü əcnəbi diaspor təşkilatları ilə əməkdşlıq edilir.

         
Bütün bunlar kimə xidmət edir. Birmənalı cavab var: Azərbaycan Dövlətinə, Azərbaycan xalqına, Dünya Azərbaycanlılarına.

         
Azərbaycan xalqının toparlanması, Dünya Azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi hansı qüvvələrə sərf etmir. Yenə birmənalı cavab var: Azərbaycanın düşmənlərinə.

         
Şərhə ehtiyac varmı?! 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14.12.2018, 20:00

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi
14.12.2018, 19:46

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi

Lavrov Tahir Salahovun sərgisində olub
14.12.2018, 19:29

Lavrov Tahir Salahovun sərgisində olub

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI
14.12.2018, 19:20

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
14.12.2018, 19:09

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI
14.12.2018, 19:00

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT
14.12.2018, 18:52

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14.12.2018, 18:43

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO
14.12.2018, 18:34

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO
14.12.2018, 18:25

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN
14.12.2018, 18:10

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı
14.12.2018, 17:57

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14.12.2018, 17:44

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Bakcell növbəti müsabiqə elan etdi
14.12.2018, 17:22

Bakcell növbəti müsabiqə elan etdi

Manat 3 gün bu məzənnədə olacaq
14.12.2018, 17:10

Manat 3 gün bu məzənnədə olacaq

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı   
14.12.2018, 17:07

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı  

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14.12.2018, 17:05

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!
14.12.2018, 17:02

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 
14.12.2018, 17:00

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 

UNEC yeni əməkdaşlığa başlayır
14.12.2018, 16:55

UNEC yeni əməkdaşlığa başlayır

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI
14.12.2018, 16:49

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı
14.12.2018, 16:37

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  
14.12.2018, 16:34

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək
14.12.2018, 16:30

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018, 16:29

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO
14.12.2018, 16:24

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi   
14.12.2018, 16:19

İlham Əliyev iranlı naziri qəbul etdi  

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI
14.12.2018, 16:15

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

Nazirdən Ermənistana XƏBƏRDARLIQ 
14.12.2018, 16:14

Nazirdən Ermənistana XƏBƏRDARLIQ 

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR
14.12.2018, 16:09

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR

Bu il Azərbaycanda qış sərt keçməyəcək – RƏSMİ
14.12.2018, 16:07

Bu il Azərbaycanda qış sərt keçməyəcək – RƏSMİ

Bakıda Zooparkının 90 yaşı oldu
14.12.2018, 16:00

Bakıda Zooparkının 90 yaşı oldu

Bəzi bələdiyyələr ləğv olunacaq
14.12.2018, 15:59

Bəzi bələdiyyələr ləğv olunacaq

Sərhəd Qoşunları düşmənlə üzbəüz döyüş postlarını təhvil aldı
14.12.2018, 15:52

Sərhəd Qoşunları düşmənlə üzbəüz döyüş postlarını təhvil aldı

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - YENİLƏNİB
14.12.2018, 15:32

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - YENİLƏNİB

Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”
14.12.2018, 15:25

Belarus liderindən Paşinyana İTTİHAM: “Problemi o yaradıb”

Əhliman Əmiraslanov seçicilərini qəbul etdi
14.12.2018, 15:19

Əhliman Əmiraslanov seçicilərini qəbul etdi

Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
14.12.2018, 15:15

Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən  22 casus ifşa edilib
14.12.2018, 15:09

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti göstərən  22 casus ifşa edilib

Lukaşenko: “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil”
14.12.2018, 15:08

Lukaşenko: “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil”

Rəşad Sadıqov: “Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma...” - VİDEO
14.12.2018, 14:50

Rəşad Sadıqov: “Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım, amma...” - VİDEO

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi
14.12.2018, 14:40

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi

İranlı deputat Bakıda Urmiya gölü ilə bağlı həyəcan təbili çaldı
14.12.2018, 14:21

İranlı deputat Bakıda Urmiya gölü ilə bağlı həyəcan təbili çaldı

Baş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi   
14.12.2018, 14:02

Baş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi  

“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb
14.12.2018, 13:39

“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb

Babək prospektində təmir YEKUNLAŞDI
14.12.2018, 13:36

Babək prospektində təmir YEKUNLAŞDI

ARXİV