Modern.az

Nazir plastik qabların yığışdırılmasından danışdı: “Çox önəmlidir”

Nazir plastik qabların yığışdırılmasından danışdı: “Çox önəmlidir”

Aktual

14 Noyabr 2018, 12:46

"Təbiidir ki, polietilen torbalardan tamamilə imtina etmək mümkün olmayacaq, onların çeşidləri çoxdur. Amma bəzilərinin tədricən məhdudlaşdırılması çox önəmlidir".

 

Modern.az xəbər verir ki, bunu "Caspian Ecology 2018" 9-cu Beynəlxalq Ətraf Mühit Sərgisində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

 

O bildirib ki, polietilen torbaların məhdudlaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər tərəfdaş təşkilatlarla birgə təbliğat işləri aparır: "Maarifləndirmə işlərinin məqsədi plastik tullantıların idarə edilməsinə daha yaxın olmaq və bu problemi Azərbaycan üçün yumşaltmaqdır".

 

Nazirin sözlərinə görə, 2019-cu ildə bu ilki sərginin davamı olaraq 10-cu sərgi keçiriləcək: "Onu daha da təntənəli və daha maraqlı təşkil edəcəyik. Bu ilki sərgidə Azərbaycana tətbiq üçün çoxlu eksponatlar, maraqlı texnologiyalar gətirilib. Bizim vətəndaşların həmin texnologiyalarla tanış olması və o texnologiyaların öyrənilməsi çox vacibdir. Burdakı bütün texnologiyalar bizim üçün maraq kəsb edir və hamısı önəmlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?