Modern.az

İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək

İzmirdə TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək

14 Noyabr 2018, 13:03

20-21 noyabr 2018-ci il tarixində Türkiyə Respublikasının İzmir şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM)  evsahibliyində TÜRKPA-nın 8-ci plenar iclası keçiriləcək.


Modern.az xəbər verir ki, plenar iclasdan öncə Assambleya Şurasının iclası baş tutacaq, sədrlik Qırğızıstan Respiblikası Joqorku Keneşindən Türkiyə Böyük Millət Məclisinə təhvil veriləcək.

21 noyabr tarixində 8-ci plenar iclas çərçivəsində TÜRKPA-nın 10 illiyinə həsr edilmiş “TÜRKPA-nın ilk 10 ili və Parlamentlərarası əməkdaşlığın gələcəyi: Yeni yanaşmalar” adlı beynəlxalq konfrans keçiriləcək.

Üzv ölkələrin parlament sədrləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatlar tədbirdə iştirak edəcək.


Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının sonuncu iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkiləri və Azərbaycanda keçirilən prezident seçkiləri haqqında hesabat məruzələri daxildir.

Plenar iclasın yekununda İzmir bəyannaməsi qəbul ediləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir