Modern.az

Amaliya Pənahova ilə bağlı müraciət hazırlanır  

Amaliya Pənahova ilə bağlı müraciət hazırlanır   

14 Noyabr 2018, 13:09

“Hazırda ən böyük istəyimiz Bakı Bələdiyyə Teatrına Amaliya Pənahovanın adının verilməsidir. Çünki bu teatrı 1992-ci ildə Amaliya xanım yaradıb. Həmin dövrlər heç də asan olmayıb. Amaliya xanım çox çətinliklər bahasına teatrı qurub-yaradıb. Sağlığında teatrda bir-birindən maraqlı tamaşalar səhnəyə qoyulub. Çalışmalıyıq ki, ənənə davam etdirilsin”.

Bunu Modern.az-a açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd Bakı Bələdiyyə Teatrının xalq artisti Amaliya Pənahovanın vəfatından sonrakı aqibətindən danışarkən deyib.

O, bildirib ki, Amaliya xanımın vəfatından sonra teatr yaşamalıdır:

“Bakı Bələdiyyə Teatrı icra hakimiyyətinə tabedir. Özəl teatrdır. Mədəniyyət Nazirliyinin tabeliyində olmayıb. Ona görə də teatrın kollektivi Amaliya xanımın adının əbədiləşdirilməsini istəyir. Ən yaxşısı özünün yaratdığı teatr onun adını daşımalıdır. Bu zaman həm biz sevinərik, həm də Amaliya xanımın ruhu şad olar. Bununla bağlı müraciət etməyə çalışacağıq. Sadəcə, işi bilən insanlar bunu həyata keçirəcək”.

Teatrın aktyoru gözlənilən təyinatlardan da söz açıb.

“Hər halda, Bakı Bələdiyyə Teatrına rəhbər də, direktor da təyin olunacaq. Amma kimlərin təyin olunacağı barədə bir söz deyə bilmərəm”.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova həm də Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olub. 1992-ci ildə adıçəkilən teatrı yaradıb. Hazırda teatrın nə bədii rəhbəri, nə də direktoru var.

Amaliya Pənahova bir neçə gün öncə 8 noyabrında 73 yaşında dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir