Modern.az

Müdafiə naziri istefa verdi

Müdafiə naziri istefa verdi

Dünya

14 Noyabr 2018, 15:16

İsrailin Müdafiə naziri Aviqdor Liberman istefa verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin istefa verməsinə səbəb İsrail Baş Naziri Benjamin Netanyahu hökumətinin Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəs rejimi yenidən bərpa olunması göstərilib. Bildirilir ki, Libermanın yaxın saatlarda istefa verməsinin səbəbləri ilə bağlı mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, nazir ötən axşam Qəzza zolağında elan edilən atəşkəsə qarşı çıxmışdı. Atışma nəticəsində 7 fələstinli şəhid olub, 25-i yaralanıb. İsrail tərəfi isə 1 əsgərini itirib, 50 nəfər yaralı verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar