19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Abituriyentləri ən çox narahat edən suallara CAVABLAR
Abituriyentləri ən çox narahat edən suallara CAVABLAR
14.11.2018, 15:55

2019-cu ildə buraxılış və qəbul imtahanları tamamilə yeni format əsasında keçiriləcək. Yeni modelin bütün detalları isə hələ ictimaiyyətə elan olunmayıb.

 

AzEdu.az abituriyentlərin narahatlığını nəzərə alaraq, buraxılış və qəbul imtahanları ilə bağlı ən çox verilən sualları və DİM-in bu suallarla bağlı rəsmi cavablarını təqdim edir:

 

SUAL - 2019-cu ildə buraxılış və ya qəbul imtahanlarında Azərbaycan dilindən dinləmə mətni əsasında tapşırıqlar yer ayrılacaq?

 

CAVAB -2019-cu ildə buraxılış və qəbul imtahanlarında Azərbaycan dili üzrə dinləmə mətninin əlavə olunması nəzərdə tutulmayıb.

 

SUAL-Əvvəlki illərin məzunları qəbul imtahanının birinci mərhələsində sərbəst xarici dil seçimi edə biləcəklər?

 

CAVAB-Qəbul imtahanını Azərbaycan dilində verən əvvəlki illərin məzunları xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

 

SUAL-Əvvəlki illərin məzunları V ixtisas qrupu üzrə imtahan verəcəkləri təqdirdə, ən yüksək bal 300 hesab olunacaq?

 

CAVAB-Əvvəlki illərin məzunları buraxılış imtahanı modelində əlavə imtahan verəcəklər. Bu imtahanın hesablanma qaydası da buraxılış imtahanlarına uyğun olacaq. V ixtisas qrupu üzrə imtahanlar buraxılış imtahanı modelində olduğundan, bu qrup üzrə ən yüksək nəticə 300 baldır.

 

SUAL-Əvvəlki və bu ilin məzunları üçün buraxılış imtahanları hansı tarixdə keçiriləcək?

 

CAVAB-Buraxılış imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur. Konkret tarixlər ilin əvvəlində müəyyən olunacaq.

SUAL-Buraxılış imtahanlarından sonra sual kitabçaları şagirdlərdə qalacaq?

 

CAVAB-Buraxılış imtahanın sual kitabçalarını şagirdlərə imtahandan sonra evə aparmağa icazə verilməyəcək.

 

SUAL-Buraxılış imtahanlarında səhv cavabların sayı, doğru cavablara təsir edəcək?

 

CAVAB-İstər IX , istərsə də XI siniflər üzrə buraxılış imtahanında şagirdin səhv cavabları doğru cavablarının nəticəsinə təsir etmir.

 

SUAL-Köhnə test topluları ilə qəbul imtahanına hazırlaşmaq olarmı?

 

CAVAB-Yeni qəbul imtahanı modelində qapalı tipli test tapşırıqlarından daha çox istifadə olunacaq. Bu baxımdan test topluları öz aktuallığını saxlayır və abituriyentlərin qəbula hazırlığında əhəmiyyətli rol oynayacaq.

 

SUAL-XI sinif buraxılış imtahanları neçə mərhələdə keçiriləcək?

 

CAVAB-XI siniflər üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək. Həmin imtahanın aprel ayında keçirilməsi nəzərdə tutulur.

 

SUAL-Qəbul proqramı nə zaman nəşr olunacaq?

 

CAVAB-Buraxılış imtahanının proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub. Qəbul proqramı isə noyabrın ikinci yarısı nəşr olunacaq.

 

SUAL-Tədris rus dilində aparılan məktəblərdə Azərbaycan dilindən əlavə imtahan vermək məcburidir?

 

CAVAB-Bəli, tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan bütün şagirdlər Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

 

SUAL-2019-cu ildə qruplar üzrə ali məktəbə keçid balları nə qədər olacaq?

 

CAVAB-Formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz. Çünki keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

 

SUAL-II ixtisas qrupunda yalnız Azərbaycan tarixindən suallar düşəcək?

 

CAVAB-II qrupa Riyaziyyat, Coğrafiya və Tarix (Azərbaycan və dünya tarixi) fənləri daxildir.

 

SUAL-Əvvəlki illərin məzunları  tibb kollecinə qəbul olunmaq üçün XI sinif buraxılış imtahanlarında iştirak etməlidirlər?

 

CAVAB-Bəli, 11- illik bazada kolleclərə qəbul imtahanında iştirak etməlidirlər. 9 illik bazada tibb kolleclərinə qəbul aparılmır.

 

SUAL-Buraxılış imtahanında rus dilindən imtahan vermək mümkündür?

 

CAVAB-Buraxılış imtahanında şagirdlər xarici dil fənni kimi məktəbdə (müvafiq sinifdə) tədris olunan və məktəb tərəfindən "Şagird-məzun" sistemində birinci qeyd edilmiş xarici dil fənnindən imtahan verirlər. İki və ya daha çox xarici dil tədris olunan məktəbdə təhsil alan şagirdlər imtahan vermək istədikləri xarici dili müəyyən etməli və bu barədə məktəb rəhbərliyinə məlumat verməlidirlər. Belə olan halda, şagirdin imtahan vermək istədiyi xarici dil fənni məktəb tərəfindən “Şagird-məzun” sistemində birinci qeyd edilir və şagird həmin xarici dildən buraxılış imtahanı verir.

Lakin abituriyentlər məktəbdə onlara tədris olunmayan başqa bir xarici dil fənnindən imtahan vermək və I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsi zamanı həmin imtahandan topladıqları balın nəzərə alınmasını istəyərlərsə, onlara özlərinin seçdiyi xarici dil fənnindən əlavə imtahan vermək imkanı da yaradılacaq. Belə olduğu halda, həmin abituriyentlərin buraxılış imtahanında xarici dil fənnindən topladıqları bal deyil, əlavə verdikləri imtahandan topladıqları bal ümumi balın üzərinə əlavə olunacaq və müsabiqə zamanı nəzərə alınacaq.

 

SUAL-“Abituriyent”jurnalının xüsusi buraxılışını yalnız Bakıdan əldə etmək mümkündür?

 

CAVAB-“Abituriyent” jurnalının xüsusi buraxılışları DİM-in regional bölmələrinə də göndəriləcək.

 

SUAL-Evdə təhsil alan, yəni sağlamlıq imkanları məhdud şagirdlər qanunun tələbi ilə buraxılış imtahanından azad olurdular. İndi onlar qəbul imtahanında iştirak etmək üçün hökmən buraxılış imtahanı verməlidirlər?

 

CAVAB-Hər bir abituriyent ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ümumi qaydada iştirak edərək müsabiqədə müvəffəqiyyət qazanmalıdır. Müsabiqə zamanı heç bir digər amil nəzərə alınmır.

 

SUAL-Qəbul imtahanları iki dəfə keçiriləcək?

 

CAVAB-Ötən illərdə olduğu kimi 2019-cu ildə də ali məktəblərə qəbul olunmaq üçün abituriyentlərə 2 dəfə şərait yaradılacaq.

 

SUAL-Buraxılış imtahanında dinləmə mətniylə bağlı hansı şəraitlər yaradılacaq?

 

CAVAB-Buraxılış imtahanlarında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Şagirdə qeydlər etməyə icazə veriləcək. Lazımi səssiz mühit yaradılacaq.

 

SUAL-IX sinif buraxılış imtahanlarında esse yazılacaq?

 

CAVAB-İstər IX, istərsə də XI sinif buraxılış imtahanlarında şagirdlər esse yazmayacaqlar.

 

SUAL-Həm V ixtisas qrupu üzrə, həm də I qrup üzrə imtahan vermək mümkündür?

 

CAVAB-V ixtisas qrupu üzrə imtahan verən hər abituriyent digər qruplar üzrə də imtahan vermə şansına sahibdir.

 

SUAL-Əvvəlki illərin məzunları qəbul imtahanını necə verəcəklər?

 

CAVAB-I,II,III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

 

SUAL-Buraxılış imtahanı formatında sınaq imtahanı keçiriləcək?

 

CAVAB-Belə imtahanın keçirilməsi nəzərdə tutulmayıb.  

 

SUAL-Növbəti sınaq imtahanları nə zaman keçiriləcək?

 

CAVAB-Növbəti sınaq imtahanının gələn il keçirilməsi nəzərdə tutulur.

 

SUAL-XI sinif şagirdlərinə attestatların verilməsində hansı dəyişikliklər var?

 

CAVAB-Yekun qiymətləndirmə qaydaları təsdiq olunan kimi DİM tərəfindən ictimaiyyətə məlumat veriləcək. Fərqlənmə sənədi ilə bağlı isə Təhsil Nazirliyindən məlumat almaq mümkündür.

Buraxılış və qəbul imtahanlarının hesablanma qaydası ilə aşağıda qeyd olunan link  vasitəsilə tanış ola bilərsiniz:

 

http://dim.gov.az/upload/iblock/920/920f9468bef8c5eeae9c659eab432beb.pdf

 

Son olaraq  2019-cu ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının modelini ilə qeyd olunan linkdə tanış ola bilərsiniz:

 

http://dim.gov.az/news/2484/

 

Qeyd 1. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlərlə yanaşı buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I,II,III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə), eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

 

Qeyd 2: Tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın müddəti 45 dəqiqədir.

 

Qeyd 3: Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ   
19.12.2018, 09:50

Nazirlik narazı şəhid ailələrindən birinin məsələsini HƏLL ETDİ  

Cəbhədə atışma oldu
19.12.2018, 09:48

Cəbhədə atışma oldu

2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı
19.12.2018, 09:38

2019-cu ildə keçiriləcək imtahanların vaxtı açıqlandı

Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir
19.12.2018, 09:35

Şaxta baba və Qar qız olmaq istəyənlər 60 manat ödəməlidir

İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı
19.12.2018, 09:24

İcazəsiz ov etmək istəyən 2 nəfər saxlanıldı

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi
19.12.2018, 09:24

Azərbaycan musiqisinin ABŞ-dakı yorulmaz təmsilçisi

Axtarışda olan şəxsi polis saxladı
19.12.2018, 09:08

Axtarışda olan şəxsi polis saxladı

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi
19.12.2018, 09:06

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR
19.12.2018, 08:52

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR

Bakıda gənc qız itkin düşüb
19.12.2018, 08:33

Bakıda gənc qız itkin düşüb

Manatının MƏZƏNNƏSİ dəyişdi?
19.12.2018, 08:20

Manatının MƏZƏNNƏSİ dəyişdi?

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub
19.12.2018, 00:46

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO
19.12.2018, 00:29

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı
19.12.2018, 00:09

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

Azərbaycan nefti ucuzlaşıb
18.12.2018, 23:51

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir istefa verdi
18.12.2018, 23:34

Baş nazir istefa verdi

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO
18.12.2018, 23:25

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO

Bakıda qız 20 gün əvvəl itkin düşüb
18.12.2018, 23:09

Bakıda qız 20 gün əvvəl itkin düşüb

VMF saatlarının təqdimatı oldu - FOTOLAR
18.12.2018, 22:53

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib
18.12.2018, 22:37

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib

Azərbaycana Hindistandan turist cəlb olunur
18.12.2018, 22:18

Azərbaycana Hindistandan turist cəlb olunur

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda
18.12.2018, 22:07

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda

Bakıda avtomobil “Bravo”ya girdi
18.12.2018, 21:53

Bakıda avtomobil “Bravo”ya girdi

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar
18.12.2018, 21:41

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan
18.12.2018, 21:30

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan

Vərəmlə mübarizəyə dair konfrans keçirilib
18.12.2018, 21:29

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı
18.12.2018, 21:17

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib
18.12.2018, 21:04

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi
18.12.2018, 20:58

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan
18.12.2018, 20:44

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

“Mercedes” yük maşınına çırpıldı
18.12.2018, 20:28

“Mercedes” yük maşınına çırpıldı

ABŞ yeni hərbi qurum yaradır
18.12.2018, 20:17

ABŞ yeni hərbi qurum yaradır

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır
18.12.2018, 20:04

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO
18.12.2018, 19:59

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO

Köməksiz qalan azyaşlı xilas edildi
18.12.2018, 19:57

Köməksiz qalan azyaşlı xilas edildi

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var
18.12.2018, 19:46

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

Polad Bülbüloğlu yenidən sədr seçildi
18.12.2018, 19:41

Polad Bülbüloğlu yenidən sədr seçildi

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
18.12.2018, 19:32

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu
18.12.2018, 19:24

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

ARXİV