Modern.az

“Gənclər uşaq dünyaya gətirmək istəmirlər”

“Gənclər uşaq dünyaya gətirmək istəmirlər”

Aktual

14 Noyabr 2018, 16:49

“Əgər respublikada doğuşun sayı aşağı düşübsə, bu bizi ciddi şəkildə düşündürməlidir. Bi çox hallarda, sosial vəziyyət aşağı olduqda, gənclər uşaq dünyaya gətirmək istəmirlər. Bu baxımdan düşünürəm ki, ölkəmizdə uşaqlara müavinətin verilməsi ilə bağlı islahatlar həyata keçirilməlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, Avropa ölkələrində 18 yaşına qədər uşaqlara müəyyən müavinətlər verilir. “Bu müavinətlərin məbləği təxminən 200 avro təşkil edir. Azərbaycanda da bu sahədə müəyyən islahatlarla nail olmaq olar. İslahatlara getməsək, problemləri həll etmək mümkün deyil”.

 

Q. Həsənquliyev dövlət büdcəsindən bəzi müəssisələrə verilən maliyyənin azaldılmasını da təklif edib.

 

“Ölkədə fəaliyyət göstərən bir neçə müəssisə, səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirməyin vaxtıdır. Onların özəlləşdirilməsi nəticəsində büdcəyə vergi daxilolmaları daha da arta bilər. Bu gün büdcədən investisiya və sənayeyə kifayət qədər pul ayrılır. Lakin gəlin görək onlar büdcəyə nə qədər vergi ödəyirlər? Bu baxımdan düşünürəm ki, xidmət sahələrinin özəlləşdirilməsinə ehtiyac var. Sözügedən müəssisə və səhmdar cəmiyyətlərini uzun müddətdə idarəetməyə vermək mümkündür. Bununla büdcəni yükdən azad edə bilərik. Dövlətin yükünü azaltmasaq, bəzi problemləri həll etmək çox çətin olacaq. Bu baxımdan dövlət böyük özəlləşdirməyə getməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi