Modern.az

Xanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi

Xanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi

14 Noyabr 2018, 17:02

“Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılmalıdır”.

 

Modern.az-ın məlumatına görə, belə bir təkliflə parlamentin iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

 

Onun sözlərinə görə, hədəfi Azərbaycanın daha da güclü dövlət, həmçinin torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqdır.

“Bu istiqamətdə hərtərəfli işlər gedir, islahatlar həyata keçirilir. Bu məqsədlə büdcədən vəsaitlər ayrılır. Mənim hökumətə bir sıra təkliflərim var.

 

Şəhid ailələri, Qarabağ müharibə veteranlarının problemlərini araşdıran xüsusi bir dövlət komissiyasının yaradılmasına ehtiyac var. Müxtəlif sahələri əhatə edən komissiyalar var. Mən təklif edirəm ki, Prezident yanında və yaxud Nazirlər Kabinetində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılmalıdır. Bu yolla onların problemlərini araşdırmaq və həll etmək olar. Belə bir komissiyanın yerlərdə də şöbələri yaradılmalıdır”.

 

M. İbrahimqızı eyni zamanda ucqar rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərin problemlərinə diqqət ayrılmasını təklif edib.

 

“Hökumət məcburi köçkün və qaçqınların problemlərinə diqqət yetirsə də, ucqar rayonlarda yaşayanlar hələ də ciddi problemlərlə üz-üzədir. Onların problemi həll olunmalıdır”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?