Modern.az

“Həmas” Libermanın istefası haqda

“Həmas” Libermanın istefası haqda

14 Noyabr 2018, 18:24

Fələstinlilərin “Həmas” silahlı hərəkatı İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasına münasibət bildirib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, “Həmas”ın nümayəndəsi Əbu Zuhri məsələ ilə bağlı bəyanat yayıb. O bildirib ki, Libermanın istefası İsrailin məğlubiyyətinin etirafıdır.

 

“Libermanın istefası İsrailin məğlubiyyətinin və Fələstinin müqavimətinə qarşı çıxa bilməmələrinin etirafıdır”, – deyə Zuhri vurğulayıb.

 

“SAFA” agentliyi isə əlavə edib ki, Libermanın istefası həm də Qəzzanın siyasi qələbəsidir.

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman bu günlərdə Qəzza zonasında İsrail ordusu ilə “Həmas” arasında baş verən irimiqyaslı toqquşmadan sonra dünən Misirin vasitəçiliyi ilə "Həmas"la atəşkəs barədə əldə olunan razılığa etiraz olaraq vəzifəsindən istefa verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir