Modern.az

Bu ölkəyə qarşı sanksiyalar ləğv edildi

Bu ölkəyə qarşı sanksiyalar ləğv edildi

14 Noyabr 2018, 21:11

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Eritreyaya qarşı sanksiyaları ləğv edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirsənin təqdim etdiyi qətnaməni yekdilliklə qəbul olunub.

 

O, səsvermənin nəticəsini Eritreyanın atdığı addımlar, Eritreya ilə Cibuti arsında sərhəddəki vəziyyətə dair dialoq sayəsində sülh və sabitliyə nail olunmasının təsdiqi kimi dəyərləndirib.

 

Xatırladaq ki, Eritreyaya qarşı 2009-cu ildən etibarən iqtisadi sanksiyalar, 2011-ci ildən də silah embarqosu tətbiq edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir