Modern.az

Azərbaycan kubokunda yenilik ediləcək

Azərbaycan kubokunda yenilik ediləcək

14 Noyabr 2018, 21:53

“Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Kubokun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin uğurlarını təkrarlasın”. Modern.az  Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri futbol Azərbaycan kuboku yarışlarının 2018/2019-cu il mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

R.Musayev qeyd edib ki, kubokun yeni mövsümündə dördüncü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Bizim çempionat gərgin idman mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biri ilə tez-tez görüşür. Ancaq matçlar maraqlı olur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı