Arxiv
14 Noyabr 2018, 22:56 | AKTUAL
Üç ölkə Türkiyəyə qarşı birləşdi

Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxmağa çalışır. Modern.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşrinə Məhməd Acət yazıb.

 

Onun sözlərinə görə, məqaləni ərəb hakimiyyətlərində, Körfəzdə, bağlı qapılar arxasında nələrin baş verdiyini, Türkiyəyə qarşı hansı çirkin oyunların oynanıldığını yaxşı bilən bir şəxsi dinləyərək qələmə alıb.

 

“Birləşmiş Ərəb Əmirlikləri avqust ayında Türkiyəni hədəf alan valyuta hücumlarının tam mərkəzində yer alırdı. Bu, şübhəsizdir. Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ibarət üçlük Qaşıqçı cinayətində günahı Türkiyənin üzərinə qoymaq üçün “bu cinayət türk səlahiyyətlilərin iştirakı olmadan baş verə bilməzdi, işin içində bəzi türk səlahiyyətliləri var” şəklində bir “qara piar” kampaniyası aparırlar. Təəssüf ki, bu kampaniya yaxşı işləyir”, - yazar qeyd edib.

 

Onun sözlərinə görə, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qaşıqçı cinayətini ört-basdır etmək, bu mümkün olmadığı halda, cinayəti Türkiyənin üzərinə yıxmaq qərarına gəliblər.

 

Amma, qeyd edilir ki, cinayətə aid dəlillərin hər kəs tərəfindən qəbul ediləcək qədər güclü olması bu ölkələri “fərqli strategiya”nı həyata keçirməyə itələyir.

 

“Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Qaşıqçının öldürülməsi ilə əlaqədar hələ ictimaiyyətlə paylaşılmayan dəlillərin olduğunu bildirdi. Hələ açıqlanmayan dəlillər arasında cinayət əmrini verən şəxsə qədər əhəmiyyətli məlumatların olub-olmadığı maraq doğurur. Müxtəlif ölkələrə göndərilən səs qeydləri ilə Səudiyyə Ərəbistanının belə razılaşdığı bildirilir. Lakin bu səs qeydlərinin məzmunu hələ ictimaiyyətə tam məlum deyil. Bunlar cinayəti törədənlər qədər, onun əmrini verənlərin də canına qorxu salan suallardır. Ona görə də Qaşıqçı cinayətini Türkiyənin üzərinə yıxaraq işin içindən sıyrılmaq cəhdi müdrik bir “çıxış strategiyası” kimi görünmür. Bunun əvəzinə, yan yollarla irəliləyərək yenə Türkiyəyə zərər vermə motivi ilə vəziyyətdən çıxmaq istəyə bilərlər”, - Acət qeyd edib.

 

Söhbət hansı ssenarilərdən gedə bilər?

 

“Gəzi hadisələrində, 15 iyul dövlət çevrilişə cəhddə və avqustda valyuta hücumlarında olduğu kimi pulun gücündən istifadə edərək birbaşa Türkiyəni hədəf alan, Ərdoğanın Qaşıqçı cinayətinin aydınlaşdırılması üçün sərgilədiyi qərarlı duruşa təsir etməyə yönəlik yeni cəhdlər qarşımıza çıxa bilər. Qarşıdakı müddətdə Türkiyəni çətin vəziyyətə sala biləcək hər hansı proseslər baş verdiyi təqdirdə, izləri ilk olaraq bu üç ölkə üzərindən axtarmaq lazımdır”, - yazar əlavə edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15