Modern.az

Yanğın qurbanlarının sayı 50-yə çatdı

Yanğın qurbanlarının sayı 50-yə çatdı

14 Noyabr 2018, 23:55

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, indiyədək 50 nəfər yanğında həlak olub.

Ştatın yanğınsöndürmə departamentindən verilən məlumata görə, ölənlərin böyük əksəriyyəti – 48 nəfər noyabrın 8-də ştatın şimalında adı “cənnət” kimi tərcümə olunan Paradayz şəhəri rayonunda başlayan “Kemp” yanğınının qurbanı olub. Yanğınsöndürmə əməliyyatları zamanı, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

 

Hazırda 52,6 min hektar sahəyə yayılan yanğın 8 mindən çox evi və tikilini külə döndərib. Alovun yayılmasının qarşısını yalnız noyabrın 30-dək tam almağın mümkün olacağı bildirilir. Təbii fəlakətlə mübarizəyə 5,6 min nəfər cəlb olunub.

 

Los-Anceles yaxınlığında yerləşən Malibu şəhərciyi rayonunda 40 min hektar ərazini əhatə edən “Vulsi” meşə yanğını isə 2 nəfərin həyatına son qoyub. Alov burada 430-dan çox evi məhv edib. Onların arasında bir sıra “ulduzların” - məşhur aktyor və musiqiçilərin malikanələri də var. Məsələn, aktrisalar Mayli Sayrus, Kim Beysinger, Şennen Doerti, aktyor Cerard Batler, musiqiçilər Nil Yanq, Robin Tin, rejissor Skott Derrikson və başqalarının dəyəri milyonlarla dollar olan mülkləri külə dönüb. KİV-in məlumatına görə, teleaparıcı və model Kim Kardaşyan 60 milyon dollarlıq mülkünü qorumaq üçün “şəxsi yanğınsöndürənlər” tutub.

 

Malibuda yanğınla 3,6 min yanğınsöndürən mübarizə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir