Modern.az

Elçin Quliyev  MDB iclasında

Elçin Quliyev  MDB iclasında

15 Noyabr 2018, 00:46

Qırğızıstanın Tokmok şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 80-ci iclası keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Türkmənistanın müvafiq qurumlarının, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Azərbaycanı iclasda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev təmsil edib.

 

İclasda 2018-ci ildə SQKŞ-nin fəaliyyətinə yekun vurulub, 2016-2020-ci illərdə xarici sərhədlərdə təhlükəsizliyin möhkəmlənməsində MDB ölkələrinin əməkdaşlıq proqramı və transsərhəd cinayətkarlıqla mübarizə üzrə bundan əvvəl qəbul edilən beş dövlətlərarası proqram müzakirə olunub.

 

Tədbirdə MDB məkanında sərhədlərin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, 2019-cu ildə qarşıda duran mühüm məsələlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir