17 fevral 2019, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Onlar Facebook-da kimləri izləyirlər...
Onlar Facebook-da kimləri izləyirlər...
15.11.2018, 08:34

Sosial şəbəkələrdə aktiv olan hər kəsin izlədiyi hansısa istifadəçilər var. Tanınmış şəxslərin, jurnalistlərin, ekspertlərin, yazıçıların ya da sənət adamlarının yazdıqları statusları oxuyur, bəzilərinin hər paylaşdığını görmək üçün onları izləməyə götürürük. Maraqlıdır, Facebook sosial şəbəkəsindəki aktiv istifadəçilərin xüsusi olaraq izlədikləri kimlərdir?

Modern.az saytı sosial şəbəkə istifadəçisi olan bir qrup ziyalı, jurnalist, yazıçı və ekspertin fikirlərindən ibarət sorğunu təqdim edir:

Millət vəkili Tahir Mirkişili:

- “Facebook”da dostluğumda olan insanların maraqlı statuslarını oxuyuram. Həmkarlarımın yazılarını izləyirəm. Bundan başqa, müxtəlif insanların və beynəlxalq səhifələrin paylaşdığı iqtisadiyyatla, innovasiyalarla bağlı məlumatlar diqqətimi çəkir. Amma xüsusilə izlədiyim şəxslər yoxdur. Qeyd etdiyim kimi, daha çox lazımi məlumatlara, maraqlı xəbərlərə diqqət ayırıram.

Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli :

- Hazırda “Feysbuk” insanların məlumat almaq, fikir bölüşmək, hər hansı fakt, proses və ya hadisə barədə rəy bildirmək üçün fəal istifadə etdiyi platformalarından biridir. Ona görə də həmin virtual məkanda hansı xəbər və fikirlərin dolaşmasını bir media adamı kimi mən də izləyirəm. Müəyyən qədər vaxt aparsa da, bir çox tanınmış şəxslərin yazılarını, başqa dillərdə olan ayrı-ayrı səhifələri nəzərdən keçirməyi vacib hesab edirəm. Xəbərlərə dərhal baxır, amma irihəcmli yazıları işarələyib boş vaxtıma saxlayıram. Mənim üçün yazıları maraqlı olan xeyli insan var və hamısını burada sadalaya bilmirəm.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

 - Sosial şəbəkələr və burada paylaşılan məlumatlar son illər çox müzakirə olunur. Tanınmış türk yazıçısı Orhan Pamuk Bakıya gələndə demişdi ki, Facebook-da paylaşılan statuslar bəlkə də yeni ədəbiyyatdır. Hətta sosial şəbəkə statuslarından ibarət kitablar da çap olunub.

Sosial şəbəkələrdə yazılan fikirlərdən daha çox sərrast, iti ağıla, yumora söykənən yanaşmaları, hadisələrə həssas, nisbətən ironik münasibət ifadə edənləri izləyirəm. İkinci Mahmud adı ilə tanınan yazıçı Mahmud Ağakişioğlunun statusları bu baxımdan diqqətimi cəlb edir, oxuyuram.
Bundan başqa, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın da paylaşımlarını maraqla izləyirəm. Həkim Pəri Həsənovanın statusları da diqqətimi cəlb edənlər sırasındadır. Onu şəxsən də tanıyıram. Məlumatlı, ədəbiyyatı, sənəti bilən xanımdır.
Maarifləndirici yanaşması cəhətdən millət vəkili Fazil Mustafanın fikirləri, hökmləri də çox əhəmiyyətlidir. Onu da sosial şəbəkə üzərindən təqib edirəm. Bundan əlavə, redaktor həmkarlarımı, jurnalistlərin paylaşımları da mənim üçün maraqlıdır. Məsələn, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sonuncu dəfə oxuduğum Azərbaycan dili haqqında statusu diqqətimi cəlb etmişdi.


Tanınmış jurnalist İbrahim Nəbioğlu:

- Sosial şəbəkələrdə, əsasən, yaxın dostlarımı, şəxsən tanıdığım yazarları və təbii ki, “Ayna-Zerkalo” qəzetinin yazarlarını izləyirəm, imkan daxilində status və paylaşımlarını oxuyuram. Əksər hallarda paylaşılan statuslara şərh yazmağa zaman çatdırmadığım üçün ancaq bəyənməklə kifayətlənirəm.

“Radio Antenn-101FM”in aparıcısı Əzizə İsmayılova:

- “Feysbuk”da xüsusi təqib etdiyim kimsə yoxdur, qarşıma çıxan bütün statusları oxumağa çalışıram. Əgər hüquqi, iqtisadi, siyasi, sosial və s. mövzuda hər hansı məsələ diqqətimi çəkərsə, onunla bağlı fikirləri, yanaşması mənə maraqlı olan şəxsin profilinə daxil oluram. Xüsusilə, izlədiyim məsələyə həmin şəxsin münasibətinə baxıram. Kimləri təqib etdiyimlə bağlı ad çəkməyə tərəddüd edirəm. Düşünürəm, adını çəkmədiklərim inciyər. Çünki nəticə etibarı ilə bu siyahı hər gün dəyişə bilir.
Bu arada məni təqib edən, paylaşımlarımı oxuyan hər kəsə təşəkkür edirəm. Oxuyub, “layk” etməyənlərə isə deyirəm ki, niyə belə acımasızsınız?
 

Sosioloq Əhməd Qəşəmoğlu:

- Xüsusi olaraq kimi isə ardıcıl izləmirəm. Buna vaxt imkanım yoxdur. Amma hər dəfə rast gələndə mənimlə əlaqə saxlayan jurnalistlərin, sayt, qəzet rəhbərlərinin yazılarını oxuyuram. Eyni zamanda qarşıma çıxdıqca Fazil Mustafanın, Sabir Rüstəmxanlının, Etibar Əliyevin, Almaz Həsrətin, digər təhsil ekspertlərinin, musiqiçilərdən Mənsum İbrahimovun, Mehranə Vəliqızının yazılarını oxuyuram. Başqa maraqlı yazıları da imkan olduqca, rastıma çıxdıqca izləyirəm.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay:

- Xüsusi olaraq izləməyə aldığım sosial şəbəkə istifadəçisi yoxdur. Amma çalışıram ki, dostluğumda olanlardan maraqlı statuslar yazan, paylaşımları diqqət çəkən şəxsləri izləyim. Hər gün “Feysbuk”u açdıqda qarşıma çıxan statusları oxuyuram, arasında mənim üçün maraqlı olan, əhəmiyyətli informasiyalar yer alan yazılar da olur.

QHT təlimçisi Sənan Nəcəfov:

- Ən çox izlədiyim səhifələrdən biri və birincisi prezident İlham Əliyevin Facebook və Twitter    səhifələridir. Xüsusən də Prezidentin rəsmi səhifələrində xaricdə yaşayan şəxslərin, eləcə də ermənilərin şərhlərini izləyir və gücüm çatdığı qədər cavablandırıram. Siyasətçilərə, deputatlara gəldikdə isə ilk olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi həm Facebook, həm də Twitter-də izləyirəm. Bundan başqa, deputat Sahib Alıyevin paylaşımlarını oxuyuram. Fikrimcə, deputatın gündəlik statusları mükəmməldir, siyasi baxışlarımız üst-üstə düşdüyü üçün Sahib müəllimin dəst-xəttini çox bəyənirəm və paylaşıram. Həmçinin, aspirant dostum, millət vəkili Zahid Orucu, siyasi yazılarına görə deputat Elşən Musayevi və deputat Fazil Mustafanı daha çox izləyirəm. Siyasi şərhçilərdən son vaxtlar daha çox diqqətimi Yeganə Hacıyeva cəlb edir. AZƏRTAC-ın Avropa təmsilçisi Vüqar Seyidovu isə mükəmməl qələm sahibi olmaqla yanaşı, dəyərli insan kimi qəbul edirəm.
Fikrimcə, qeyri-hökumət təşkilatları sektorundan Sahib Məmmədov , Elməddin Behbud gündəlik izlədiklərim sırasındadır. Nadir Adilov isə indi QHT sektorunda deyil, amma o da maraqla izlənəcək motivasiya mənbəyidir.
Əlavə etmək istərdim ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov, tarixçi Rizvan Hüseynov da maraqla oxuduğum profillərdilər.

 Müstəqil jurnalist Azər Rəşidoğlu:

- Bir cümlə ilə cavab versəm, deyə bilərəm ki, anlaqlı insanları izləyirəm. Siyasi mövqeyindən, dini və milli baxışlarından asılı olmayaraq, tərbiyəsizlik edənləri “qara siyahı”ya salıram. Daha çox informativ status və paylaşmaları izləməyi xoşlayıram. Siyahı uzundur, İlqar Atabəyli, Tural Ağatlı, İlqar İbrahimoğlu, Mehriban Zeynalova, Ruhəngiz Hüseynli, Səbuhi Rəhimli, Qadir ibrahimli və s. istifadəçilərin statuslarını oxuyuram.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov:

- Sosial şəbəkələrdə izlədiyim insanların adlarını çəkmək istəməzdim. Düşünürəm ki, bu, düzgün olmaz. Amma ola bilər, izlədiklərim arasında tanınmış şəxslər var. Bu məsələdə kütlənin zövqü mənim üçün əsla meyar deyil. Ancaq özümə maraqlı gələn insanları izləyirəm.

Şair Aqşin Yenisey:

- Sosial şəbəkələrdən ancaq Facebook-da varam. Burada yazanları bir neçə yerə, daha doğrusu, bir neçə növə bölürəm həmişə: oxuduğu kitablardan paraqrafları olduğu kimi paylaşıb özlərinə asan yolla intellektual imici yaradanlar, oxuduqlarından çıxardıqları nəticələri başqaları ilə paylaşan zehni zəhmətkeşlər, sosial şəbəkələrə özlərinin şəkil albomu kimi baxan özünəvurğunlar, sosial şəbəkələri çayxana ilə eyniləşdirən avara gündəmçilər, sosial şəbəkələri xeyir-şər evi zənn edən liriklər, ancaq sosial şəbəkəyə girdikdə şair, yazıçı olduqlarını yada salıb, millətin gözünün önündə yazıb-yaradanlar, bir də cənnətə gedən yolun sosial şəbəkələrdən keçdiyini zənn edən texnogen cahillər.
Bəri başdan deyim ki, əyləncəli mühitdir. Demək olar ki, dostluğumda bu virtual növlərin hamısından var, hamısını da oxuyuram. Hətta bəzən onlardan ilham da alıram. Amma sosial şəbəkədə ictimai əhəmiyyətinə görə qiymətləndirdiyim şəxslər də az deyil. Müşfiq Şükürov, Vüsal Məmmədov, Famil Cəfərli, Salam Sarvan, Tariyel Abdullayev və s. izlədiyim onlarla istifadəçi var ki, sosial şəbəkədən təyinatı üzrə istifadə edirlər. Burada şəxsi həyatının gündəlik bivecliyini ictimailəşdirən heç kimə rəğbət bəsləmirəm. İctimai yerdə ictimai məsələlər müzakirə olunmalıdır. Bu məsələdə kifayət qədər köhnəfikirliyəm.

Gənc yazar Kəramət Böyükçöl:

- Düzü, ədəbi, ictimai, siyasi çəkisi olan adamlar içərisində xüsusilə axtarıb oxuduğum, yaxud, oxumaq istədiyim adamlar yoxdur. Mənim üçün daha çox keçmiş sevgililərimin statuslarını oxumaq maraqlıdır. Görüm, nə yazırlar, nə paylaşırlar? Paylaşdıqları mahnıların içində mən varammı? Yazdığı cümlələrdən hiss eləyirəm ki, məndən heç olmasa, bir tikə onların içində nəsə qalıb, ya yox? Belə bir düşük xasiyyətim var. Ta unudulub, qurtarana kimi o qızları izləyirəm. Hətta məni bloka atıblarsa, dostlarımın “Feysbuk”  səhifəsindən onları güdürəm. Təbii, bir müddət sonra yadımdan çıxır, daha onlar da maraq dairəmdə olmur. Bir də illər sonra yadıma düşərsə, sosial şəbəkədə axtarıb tapıram. Görüm, xoşbəxtdirmi? Boşanıbmı? Neçə uşağı var? Arıqlayıbmı, kökəlibmi? Nə işlə məşğuldur? Belə... Yenə deyirəm, başqa xüsusilə izlədiyim adamlar yoxdu. “Feysbuk”da qarşıma çıxanları oxuyuram, vəssalam.

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı:

- Əslində sosial şəbəkələri izləmə səbəbim “kim” deyil, “nə”dir. Ona görə, adları çəkmək mənə çətindir. Twitter-dən daha çox xəbər almaq, paylaşmaq üçün istifadə edirəm. İnstaqram-da yemək, dekorasiya və səyahətlə bağlı hesabları izləyirəm - amma sayları çoxdur. Facebook-dan isə daha çox Azərbaycanla, dostlarımla bağlı xəbər almaq, xəbərləşmək üçün yararlanıram.


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
16.02.2019, 23:55

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
16.02.2019, 23:50

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
16.02.2019, 23:34

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR

Bakı metrosunda bıçaqlanma 
16.02.2019, 23:20

Bakı metrosunda bıçaqlanma 

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
16.02.2019, 23:04

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ   
16.02.2019, 22:48

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ  

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
16.02.2019, 22:43

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
16.02.2019, 22:30

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyunduVİDEO

Şəmkirdə yeniyetmə bıçaqlandı
16.02.2019, 22:12

Şəmkirdə yeniyetmə bıçaqlandı

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
16.02.2019, 21:54

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu   
16.02.2019, 21:41

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu  

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
16.02.2019, 21:35

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ

“Şair olmaq bədbəxtçilikdir”   
16.02.2019, 21:25

“Şair olmaq bədbəxtçilikdir”  

Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı
16.02.2019, 21:23

Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı

Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR   
16.02.2019, 21:20

Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR  

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi   
16.02.2019, 21:15

Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi  

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO
16.02.2019, 21:07

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO

Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı
16.02.2019, 20:51

Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı

“Neftçi” yenə də xal itirdi
16.02.2019, 20:34

“Neftçi” yenə də xal itirdi

Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
16.02.2019, 20:20

Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO

Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”
16.02.2019, 20:11

Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”

Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi
16.02.2019, 19:56

Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi

Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
16.02.2019, 17:30

Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu

Bakıda silahlı şəxs saxlanıldı
16.02.2019, 17:16

Bakıda silahlı şəxs saxlanıldı

DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR 
16.02.2019, 17:14

DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR 

Alimsayağı sual
16.02.2019, 16:54

Alimsayağı sual

Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
16.02.2019, 16:51

Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
16.02.2019, 16:41

Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb

Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı   
16.02.2019, 16:04

Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı  

Astarada 5 uşaq atası intihar etdi
16.02.2019, 15:55

Astarada 5 uşaq atası intihar etdi

Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
16.02.2019, 15:49

Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ

Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
16.02.2019, 15:31

Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
16.02.2019, 15:29

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev

Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
16.02.2019, 15:24

Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi

Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
16.02.2019, 15:22

Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi

Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
16.02.2019, 15:01

Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi 
16.02.2019, 14:51

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi 

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
16.02.2019, 14:25

Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar

Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
16.02.2019, 14:18

Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
16.02.2019, 14:12

Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
16.02.2019, 13:49

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
16.02.2019, 13:20

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır

İraq İrana neft ixracatını dayandırıb
16.02.2019, 13:03

İraq İrana neft ixracatını dayandırıb

Gimnastımız Dünya Kubokunun finalına çıxdı
16.02.2019, 12:48

Gimnastımız Dünya Kubokunun finalına çıx

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
16.02.2019, 12:35

ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16.02.2019, 12:15

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

Vida günü deyə bilmədiklərim...
16.02.2019, 12:00

Vida günü deyə bilmədiklərim...

Baş redaktora ağır itki üz verdi
16.02.2019, 11:41

Baş redaktora ağır itki üz verdi

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16.02.2019, 11:28

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16.02.2019, 11:12

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

ARXİV