Arxiv
15 Noyabr 2018, 11:00 | MEDİA
Bizimkilər - Xanım jurnalist: “Təzyiqlərə də məruz qaldım, amma bu peşədən bezmədim” - FOTOLAR  

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın bunövbəti qonağı AzNews.az saytının müxbiri Bahar Rüstəmlidir.


Bahar Rüstəmli Zərdab rayonunun Əlibəyli kəndində anadan olub. Əlibəyli kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra əvvəlcə rayonun Gəlmə Kənd kolxozunda pambıqçı işləyib. 1989-cu ildə Bakı Dövlət Universitetinə qəbul olunub.

Azərbaycan mətbuatında ilk fəaliyyətinə 1993-cü ildə “Respublika” qəzetindən başlayıb. 1999-cu ildə “Ekspers” qəzetində korrektor işləyib. 2001-ci il avqustun 5-də “Reytinq” qəzetinə müxbir vəzifəsinə işə götürülüb. 2002-ci il yanvarın 4-də həmin qəzetdə şöbə müdiri vəzifəsinə keçirilib. 2012-ci ildə “Reytinq” qəzetindı 12 işlədiyi şöbə müdiri vəzifəsindən azad edilib.

2012-ci ilavqustun 5-də AzNews.az portalında müxbir vəzifəsinə işə götürülüb. 7 ildir ki, AzNews.az portalında çalışır.

Jurnalistikada olduğu illərdə “Media açarı” mükafatına layiq görülüb.


- Bahar xanım, jurnalistikaya gəlməyə sizi nə cəlb etdi?

- Tələbəlik illərində ətrafım ancaq jurnalistlərdən ibarət idi. O zaman mətbuatda ən diqqət çəkən sahə araşdırma mövzuları idi. Elə mövzular vardı ki, onu araşdırmaq aylarla vaxt aparırdı. Tələbə dostlarım söhbət əsnasında belə araşdırmaları müzakirə edirdi. Hətta bəzən hər hansı bir şəxslə görüş təyin edəndə mən də onlarla gedirdim. Onların müsahibləri, söhbəti məndə bu sahəyə maraq oyatdı. Bəzən söhbətə mən də qarışırdım. O vaxtdan 25 ildir ki, Azərbaycan mətbuatındayam.



- Uzun müddətdir jurnalist işləyirsiniz, bəs nə zamansa başqa sahəyə keçmək istəmisiniz?

- Üst-üstə 25 il... Haradasa bir insan ömrü... Jurnalistlik fəaliyyətim əsasən “Yeni Azərbaycan”, “Reytinq” qəzetləri və “AzNews.az”  informasiya portalında işıqlanıb. Adlarını çəkdiyim mətbuat orqanlarında, xüsusilə də “Reytinq” və “AzNews.az”da işlədiyim illərdə bəzi müsahibələrimdə və araşdırma mövzularımda təzyiqlərə də məruz qalmışam. Bununla belə bu peşədən heç bir zaman bezmədim. Əksinə, hər dəfə kiminsə şikayətini dinləyəndə və hiss edəndə ona kömək etmişəm, problemi həll olunub, bu isə mənə rahatlıq verib.


- Jurnalistikanın həyatınıza hansı təsirləri olub?

- Yaxşı, arzuladığım həyat tərzindən söhbət gedə bilməz. 25 ildir gecəmi gündüzümə qatıb, istirahət bilmədən işləyirəm. Amma buna baxmayaraq, 26 ildir ki, kirayədə yaşayıram. Sonsuz sayda çətinliklərim olub. Həmişə səbr edib, reallıqla barışmışam. Bu çətinliklərə baxmayaraq, peşəmi sevirəm. Əsas odur ki, tanınırsan, sevilirsən, sənə hörmət edirlər.



- Yazdığı yazılar, müsahibələr jurnalist üçün əzizdir. Ən çox bəyəndiyiniz müsahibəniz kiminlə olub?

- Əlbəttə. Bütün müsahibələrim mənim üçün əzizidir. Azərbaycan mətbuatında yazılarımla tanınmışam. Bu müddət ərzində məni deyib redaksiyaya üz tutan bütün şikayətçilərə dəstək olmuşam. Düzdür, bəzən elə şəxslər olurdu ki, ona əl tuta bilmirdik. Amma bu məni qətiyyən ruhdan salmırdı. Elə müsahibəm olub ki, aylarla mətbuatda müzakirə olunub, gündəm yaradıb. Belə şeylər bəzən müsahiblərimi məndən uzaqlaşdırıb. Həmişə haqqı əzilən sənət adamlarının yanında olmuşam. Onların haqqı uğrunda mübarizə aparmışam. Bunu respublikanın xalq artistlərinin böyük əksəriyyəti də deyə bilər. Jurnalist gərək azad olsun. Mənim xoşbəxtliyim onda olub ki, çalışdığım bütün mətbuat orqanlarında sərbəst olmuşam. Əldə etdiyim bütün xəbərlər işlədiyim mətbuat orqanlarında çap olunub. Qarşıma “bu olmaz”, “bizdə bu gedə bilməz” deyə hər hansı qadağa qoyulmayıb. Mənə bu azadlığı verən  “Reytinq”in və “AzNews.az”ın rəhbərliyinə təşəkkür edirəm.


- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

- Düzü, bir layihə üzərində düşünürəm. Məncə onu həyata keçirmək lazımdır. Jurnalistlər az maaşla dolanan insanlardır. Aldıqları məvacib onların aylıq dolanışığına güclə çatır. Bəziləri var ki, ailədə problemlə üzləşir, bəziləri övladının təhsil haqqını ödəməkdə, bəziləri isə kirayə pullarını verməkdə çətinlik çəkirlər. Və buna görə bəzən kimlərəsə ağız acmalı olurlar. Düşünürəm ki, bu problemlərin bir həlli yolu var. “Jurnalist kredit” təşkilatı yaratmaq lazımdır. Həmin təşkilat yaradılsa, jurnalistlər dara düşdükləri anlarda oradan pul götürə bilərlər. 



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibəsi başladı 22 Aprel 2019, 12:46 Ukraynada səslərin 95%-i hesablandı 22 Aprel 2019, 12:29 Saatlının icra başçısı AXCP-çinin toyuna mane olub?  - “Paylaşımları görəndə, dəhşətə gəldik” -  Rəsmi AÇIQLAMA 22 Aprel 2019, 12:29 İrana yardım üçün ianə kampaniyası keçirilir 22 Aprel 2019, 12:21 “Neft bazarı çox kövrək xarakter alıb" - Nazir 22 Aprel 2019, 12:17 UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı 22 Aprel 2019, 12:06 Hərbi tibb sahəsində YENİLİK 22 Aprel 2019, 12:04 Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ 22 Aprel 2019, 12:03 Binəqədidə Zərifə Əliyeva anıldı 22 Aprel 2019, 11:59 İndiyədək “Azəri-Çıraq-Günəşli”dən  çıxarılan neftin həcmi açıqlandı 22 Aprel 2019, 11:48 Çingiz Qənizadə Beyləqanda seçiciləri ilə görüşdü   22 Aprel 2019, 11:42 Rayonlarda sarı pasa qarşı mübarizə... 22 Aprel 2019, 11:40 İçində işıq gəzdirən və işığın içindəki Qulu 22 Aprel 2019, 11:35 Problemli kreditlərə görə ilk kompensasiyanı bu müştəri aldı – FOTO 22 Aprel 2019, 11:33 Qaret Beyl üçün Çin iddiası - Sərvət istədi 22 Aprel 2019, 11:30 Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib - FOTOLAR   22 Aprel 2019, 11:24 Abituriyentlərin nəzərinə: sınaq imtahanına qeydiyyat başlayıb 22 Aprel 2019, 11:23 Nazir müavini “Oş -Türk dünyasının mədəniyyət paytaxtı”nın AÇILIŞINDA 22 Aprel 2019, 11:09 Goranboyun başçısı sakinlərlə görüşdü   22 Aprel 2019, 11:02 Əfqanıstanda mədəndə 8 nəfər öldü 22 Aprel 2019, 10:51 Azərbaycan uşaqların milli geyimləri xaricilərin diqqətində 22 Aprel 2019, 10:41 İmişlidə yeni doğulan körpə öldü 22 Aprel 2019, 10:34 İqtisadçı problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına AYDINLIQ GƏTİRDİ 22 Aprel 2019, 10:13 Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutuldu - Dəhşətli HADİSƏ 22 Aprel 2019, 10:07 Problemli kreditlərlə bağlı Apellyasiya Komissiyası yaradıl 22 Aprel 2019, 10:02 Deputat Sumqayıtda qarşıya qoyulan məsələləri müzakirə etdi  22 Aprel 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Aprel 2019, 09:41 Bakının məşhur qonaqları - “KQB”nin məşhur generalına “Nizami xalçası”nı kim bağışlamışdı? - FOTOLAR 22 Aprel 2019, 09:41 Qobuda mağaza yanıb   22 Aprel 2019, 09:37 Azərbaycana xain gözlə baxanlar... 22 Aprel 2019, 09:34