Modern.az

Azərbaycan məktəblərində payız tətili başa çatdı

Azərbaycan məktəblərində payız tətili başa çatdı

21 Noyabr 2018, 08:22

Bu gündən orta məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başa çatıb.

Təhsil Naziliyindən Modern.az-a verilən məlumata görə, payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edib.


Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.


Bu dərs ilində ibtidai siniflər üçün  5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub.

 

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?