Arxiv
15 Noyabr 2018, 11:20 | AKTUAL
Azərbaycan, Pakistan və Türkiyə dostluğu Los Ancelesdə qeyd olundu

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə 12 noyabr 2018-ci il tarixində Azərbaycan, Pakistan və Türkiyə dövlətləri və xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunmuş geniş tədbir keçirilib.

 

Modern.az-ın məlumatına görə, tədbir hər üç ölkənin Los Ancelesdəki Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib.

 

Azərbaycanın Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə sözügedən ölkələrin Kaliforniyadakı icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak edib.

 

Hər üç ölkənin dövlət himnlərinin ifasından sonra tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev hər kəsi bu qardaşlıq tədbirində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan-Pakistan-Türkiyə münasibətlərinə toxunan baş konsul üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat, Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasını və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.

 

Azərbaycan-Türkiyə münasibətlərindən danışan N.Ağayev Türkiyənin həm ilk Azərbaycan Demokratik Respublikası dönəmində, həm də 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra hər zaman Azərbaycanın yanında olduğunu və bütün məsələlərdə ölkəmizə dəstək nümayiş etdirdiyini bildirib. Azərbaycan-Pakistan münasibətlərinə toxunan baş konsul ikitərəfli münasibətlərin siyasi, hərbi, humanitar və digər sahələrdə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələr barədə məlumat verib.

 

Daha sonra çıxış edən Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb. Pakistanın Los Ancelesdəki baş konsulunun müavini Şoaib Sərvər çıxış edərək, üç ölkə arasında sıx münasibətlərin Los Ancelesdəki Baş Konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib və bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.

 

Sonra Azərbaycan icmasının fəal üzvü, Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan icmasından Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Pakistan Şurasının icraçı direktoru İmran Şərif və Türkiyə icmasının fəal üzvü Ergün Kırlıkovalı çıxış edərək, Azərbaycan, Pakistan və Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin hər üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.

 

Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23 Polis 3 il əvvəl törədilən qətlin üstü açdı 19 Aprel 2019, 19:14 Vüqar Rəhimzadə: Antiazərbaycan qüvvələrin çirkin kampaniyasına tutarlı cavab ölkəmizin uğurlu inkişafıdır   19 Aprel 2019, 19:05 Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var   19 Aprel 2019, 18:58 Xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri AÇIQLANDI   19 Aprel 2019, 18:49 Ramil Usubov 372 nəfəri işə götürdü   19 Aprel 2019, 18:40 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək 19 Aprel 2019, 18:31 Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07