Modern.az

Bakıda ekologiya ilə bağlı konfrans keçirilir

Bakıda ekologiya ilə bağlı konfrans keçirilir

Aktual

15 Noyabr 2018, 12:01

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, konfransda “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” , “Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi” mövzuları ayrı-ayrı sessiyalarda müzakirə olunur.

Konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə konkret istiqamətləri müəyyənləşdirmək üçün fikir mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı  Nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan olan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edir.

Xatırladaq ki, “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir