Modern.az

Kamaləddin Heydərov Türkiyədən qayıdıb

Kamaləddin Heydərov Türkiyədən qayıdıb

9 Dekabr 2009, 23:17

Dekabrın 7-8-də Türkiyənin dövlət naziri Cəmil Çiçəyin dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkədə səfərdə olub.
Nümayəndə heyəti Türkiyənin Acil Durum Yönetimi Başkanlığı, İstanbul Valiliyinin təşkilatçılığı və Dünya Bankının dəstəyi ilə İstanbul şəhərində keçirilən İstanbul Beynəlxalq Seysmik Riskin Azaldılması Konfansında iştirak edib.

Modern.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Konfransın əsas məqsədi zəlzələ riskinin yüksək olduğu ölkələrlə bağlı məlumat və təcrübə mübadiləsinin, şəhərlərdə seysmik riskin azaldılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə fikir mübadiləsinin aparılması olub.

 

Konfransın açılış mərasimində nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasında fəlakətlərin idarə olunması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edib.

 

Səfər çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə ikitərəfli görüş keçirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı