Modern.az

“Brexit” böhran YARATDI: Nazirlər istefa verdi

“Brexit” böhran YARATDI: Nazirlər istefa verdi

Dünya

15 Noyabr 2018, 14:30

Böyük Britaniyanın əmək və təqaüd naziri Ester Makvey vəzifəsindən istefa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir “Brexit”lə bağlı London və Brüssel arasında planlaşdırılan sazişə etiraz edib.

 

Bundan əvvəl, analoji addımı “Brexit” üzrə nazir Dominik Rab da atmışdı.

 

Böyük Britaniyanın Avropa Birliyi ilə saziş imzalaması fonunda ölkənin milli valyutası funt sterlinq dollar və avroya qarşı 1% ucuzlaşıb.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir