Modern.az

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Aktual

15 Noyabr 2018, 15:38

Noyabrın 15-də bəzi KİV-lərdə dərc olunmuş “Əli Həsənovla bağlı şok məlumat - 2 milyard manat mənimsəyib” başlıqlı yazıya qarşı tərəfdən cavab verilib.

Baş naziri müavini, “Dövlətqaçqınkom”un sabiq sədri Əli Həsənovun köməkçisi Ramin Talıblı bununla bağlı Moden.az-a açıqlama verib.

Baş naziri müavinin köməkçisi Ramin Talıblı bildirib ki, həmin yazıda həqiqətə uyğun olmayan, tam yalan informasiya əks olunub:

“Həmin dezinformasiya bir sıra xəbər portalları vasitəsilə araşdırılmadan yayılıb ki, bu da təəssüf hissi doğurur.

Belə bir fakt və mənbə olmadığından, yazı sadəcə kiməsə və kimlərəsə şər atmaqla ucuz reytinq qazanmaq niyyəti daşımaqdan başqa bir şey deyil. Ümid edirik ki, ölkə mətbuatının imicinə xələl gətirən böhtan xarakterli, qeyri-obyektiv məlumat yayanlara qarşı Mətbuat Şurası müvafiq tədbir görəcək”,-deyə R.Talıblı vurğulayıb

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır