Modern.az

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Aktual

15 Noyabr 2018, 15:39

Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantı noyabrın 13-dən 15-dək davam edib.

 

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda 2019-cü il üçün komissiyanın iş planı təsdiqlənib və iclasın protokolu imzalanıb. 

 

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. 

 

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır