Modern.az

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Neftin ölkənin ümumi ixracındakı payı artıb

15 Noyabr 2018, 15:50

Bu ilin on ayında xam neft və bitumlu minerallardan alınan neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 80,92 faizini, təbii qaz 7,57 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,88 faizini təşkil edib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında xam neft ixracının ölkənin ümumi ixracındakı payı 72,22 faiz, təbii qaz 11,06 faiz, neft məhsulları 2,96 faiz olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi