Modern.az

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

15 Noyabr 2018, 16:26

Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər həyata keçirilir.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar.

Onlardan “TOZ”, “İJ” və “MR” markalı 3 ədəd ov tüfəngi, 22 ədəd patron, 7 ədəd giliz və 5 ədəd ovlanmış quş götürülüb.

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...