Modern.az

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

15 Noyabr 2018, 16:34

Elə insanlar var ki dünyasını dəyişsələr də, özlərindən sonra qoyduqları yaxşı əməl, insanlıq onları unutmağa, yaddaşlardan silinməyə qoymur. Adları daim hörmət və izzətlə çəkilir. Belə insanlardan biri də, nehrəmli Əskər həkimdir. Ola bilər ki, onu çox adam tanımır. Ancaq xatırlayanlar haqqında xoş sözlər söyləyir, işinə prinsipial yanaşan savadlı həkim olduğunu bildirirlər.

Əskər Əmirəl kimdir?

Əskər Əmirəl (Əskər Əmirəliyev) 1947-ci ildə Nehrəm kəndində anadan olub. Nehrəmin tanınmış ziyalılarından sayılan Əskər həkim, Nehrəmdə insanlığı və dürüstlüyü ilə seçilmiş təsərrüfatçı Həsənqulu kişinin ailəsində böyüyüb. 50-ci və 60-cı illərin çətinliklərinə baxmayaraq, gündüzlər təsərrüfat işlərində ailəsinə köməklik edib, gecələr isə kitablar oxuyaraq ailəsində ilk ali təhsil alan şəxs olub.

Bakıda Tibb Universitetini bitirdikdən sonra, Naxçıvan şəhərində epidemioloq kimi fəaliyyətə başlayıb. Sonralar Naxçıvan şəhəri Epidemiologiya Mərkəzinin direktoru, və Naxçıvan Muxtar Respublikası Epidemiologiya Mərkəzlərinin direktoru vəzifələrində çalışıb.

Daha sonra Bakıda epidemioloq kimi fəaliyyətini davam etdirən Əskər həkim 2011-ci ilin fevral ayında dünyasını dəyişib. O,  vətənə, torpağa bağlı beş övlad böyüdüb. Hər biri ailə başçısıdır.

Xatırladaq ki, Əskər həkim hamımızın fəxr etdiyi ABŞ Dəniz Qüvvələrində "John" ləqəbli komandir, “Azərbaycanın Kolumbası” kimi tanınan Nəimi Əmiralın atasıdır. Hələ bir neçə il əvvəl Nəiminin gələcəyini hiss edən Əskər həkim ona "Oğlum, gün gələcək SSRİ dağılacaq, Quzey Azərbaycan yenidən öz istiqlalını əldə edəcək. İngilis dilini mükəmməl öyrənməlisən ki, vaxtı gələndə dünyaya çıxaraq vətənini tanıdasan" deyib.

Nəimi atasının sözlərinə əmək edərək, Amerikaya gedib və orada yaxşı təhsil alıb. Siyasi-ictimai dairələrlə sıx əlaqələr qurub. Amerikada Azərbaycan diasporunun güclənməsinə çalışıb. Bir müddət seçkilərdə iştirak edib. Sonradan fəaliyyətini Amerika hərbi sahəsi ilə bağlayıb. Hazırda Amerika hərbi rəhbərliyinin böyük hörmətini qazanıb. O, tez-tez mükafat və medallarla təltif edilir. Bu gün Amerika Hərbi Dəniz Qüvvələrinin polkovniki kimi xidmətini davam etdirir.


Elnur Eltürk

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır