Modern.az

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Aktual

15 Noyabr 2018, 20:03

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çinin Şanxay şəhərində təşkil olunmuş “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur. İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, sahəsi 120 kvadrat metr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

Artıq “Azəri Şərab” şirkəti Çinin Şanxay şəhərində faəliyyət göstərən şirkətlə 3 mln. ABŞ dolları dəyərində spirtli içkilərin ixracına dair müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, ”Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə ediblər.

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır