Modern.az

Avtobus qəzasında xeyli insan yaralandı

Avtobus qəzasında xeyli insan yaralandı

15 Noyabr 2018, 20:48

Almaniyada iki avtobus toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bavariya əyalətindəki Ammendorf şəhəri yaxınlığında qeydə alınıb.

 

Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb, onların aralarında çoxlu uşaq var. Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Eyni zamanda 4 nəfəri əzilən avtobuslardan çıxarmaq üçün xüsusi texnika gətirmək lazım gəlib.

 

Hadisə yerinə üç helikopter, təcili yardım heyəti, fövqəladə xidmət əməkdaşları cəlb edilib.

 

Toqquşan maşınların adi sərnişin avtobusu, yoxsa məktəb avtobusu olduqları hələlik dəqiqləşdirilməyib.

 

Hadisənin səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi