Modern.az

Azərbaycan komandası məğlub oldu

Azərbaycan komandası məğlub oldu

15 Noyabr 2018, 22:27

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Ukrayna komandası ilə yoldaşlıq görüşü keçirib. Modern.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Ukrayna U-21 ilə üz-üzə gəlib.

 

Görüşün birinci hissəsində Azərbaycan millisinin heyətində Ozan Can Kökçü qırmızı vərəqə alıb. Lakin razılaşmaya əsasən komanda azlıqda qalmayıb. Kökçünü isə komanda yoldaşı əvəzləyib. Digər razılaşma isə oyun ərzində hər komandada 8 dəyişikliyin edilməsinə dair olub.

 

Oyun isə rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi