Modern.az

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”

16 Noyabr 2018, 11:31

Rusiya parlamentinin deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük perspektivindən danışıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, rəsmi Bakının siyasi iradəsi olarsa, problemsiz bu təşkilata üzvlüyə qəbul edilə bilər.

“Azərbaycanın KTMT-ya üzv olmasını müəyyənləşdirən amil Ermənistanın buna etirazı deyil, Azərbaycanın, həmçinin, Rusiya, Qazaxıstan, Belarus və Tacikistanın siyasi iradəsi olacaq. Lazım olarsa, onlar Ermənistanı hərbi blokun maraqlarına zidd çıxış etməməyə razı sala bilərlər”.

 

 O həmçinin, Azərbaycanın KTMT-ya üzv olmasının Qarabağ münaqişəsinin həllində də pozitiv rol oynayacağını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi