Modern.az

Azərbaycanda bahalaşma - RƏSMİ 

Azərbaycanda bahalaşma - RƏSMİ 

Aktual

16 Noyabr 2018, 12:15
Bu ilin oktyabr ayında Azərbaycanda spirtli içkilər sentyabr ayına nisbətən 1,8% bahalaşıb.
 
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat yayılıb.
 
Məlumata görə, 10 ay ərzində isə spirtli içkilərin qiymətində ötən ilin eyni dövrünə nisbətən 1,4% artım qeydə alınıb.
 
Hesabat dövründə tütün məmulatlarının qiyməti isə aylıq müqayisədə 10,5% artıb, illik müqayisədə isə 9,7% azalıb.
 
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb.
 
Ayrıca oktyabr ayında isə sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2%, o cümlədən ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir