Modern.az

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA

16 Noyabr 2018, 12:28

“1996-cı ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş Azərbaycan Gənclərinin Forumu-bütün hökumətə, cəmiyyətə, hətta xarici çevrəyə də ciddi göstəriş və mesaj idi. Ulu öndərin bütün layihələri kimi, Gənclər Forumu da uzun ömürlü lahiyə oldu. Bu gün biz artıq VIII Forumu keçiririk”.

 

Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib. O bildirib ki, ilk forumdan 22 il keçib və bu illər ərzində gənclərin həyatı çox dəyişib.

 

“Bu müddətdə müzakirə edilən mövzular da, forumların keçirilmə formatı da dəyişib. Dəyişməyən isə məqsəddir.  Azərbaycan gənclərinə, onların problemləri və həlli yolları, nailiyyətləri və gələcəklə bağlı düşüncələrini müzakirə etmək üçün şərait yaratmaq, gənclərin səsini eşitmək əsas məqsəddir. Gənclər siyasəti ölkənin müstəqil tarixində uğurla inkişaf edən sahələrdəndir. Gələcək nəsillər, tədqiqatçılar xüsusi qeyd edəcək ki, Prezident İlham Əliyevin insan kapitalının inkişaf strategiyasında gənclərə qayğı əsas prioritetlər sırasındadır.

 

Ölkədaxili maraqlarla yanaşı, gənclər sahəsində beynəlxalq çağırışlara da diqqət artır. Beynəlxalq əməkdaşlıqda Azərbaycan gəncləri fəallaşır. Azərbaycanın maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərirlər. Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasəti heç bir mərhələdə başqa quruma "əlavə vəzifə" kimi tapşırılmayıb, həmişə vahid mərkəzi orqan sayılan Gənclər və İdman Nazirliyi tərəfindən icra olunub".

 

Nazir bildirib ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və sistemli aparılıb, onun nəticələri ölçülə biləcək göstəricilərlə sübut edilir, dünyada gedən bir sıra proseslərə adekvat cavab verir:

 

"Azərbaycan gənc ölkədir, əhalisinin təxminən 30 faizi gənclərdir. Gənclər siyasətinin ən böyük uğuru odur ki, gənc nəsil birmənalı olaraq Azərbaycanın müstəqilliyini böyük tarixi dəyər kimi dərk edir, gənclər onu müdafiə etməyə və möhkəmləndirməyə hazırdır. Forum çərçivəsində aparılan müzakirələr əməli nəticələr əldə etməyə töhfə verəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı