Modern.az

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir  

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir   

16 Noyabr 2018, 13:09

“Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal Qazaxıstanda keçiriləcək beynəlxaq konfransa qatılacaq.

Modern.az xəbər verir ki, “Müqəddəs Türküstan və Türk dünyasının mənəvi dirçəlişi” adlı elmi-praktik konfrans Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunur.

Noyabrın 19-da Qazaxıstanın Türküstan şəhərində keçiriləcək konfransda alimlər, türkoloqlar, filoloqlar, siyasi və ictimai xadimlər, diplomatik missiya təmsilçiləri iştirak edəcəklər.

Aqil Camal bildirib ki, 3 bölmədə keçiriləcək konfransın məqsədi Türk Dünyasının müqəddəs məkanları və Türküstanın mədəni dəyərləri ilə bağlı araşdırmaları, latın əlifbasına keçid, ortaq əlifba və dil məsələlərini müzakirə etməkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi