Modern.az

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

ABŞ İran sanksiyaları üzrə nümayəndələrini Bakıya göndərdi - Bu, sonuncudur...

16 Noyabr 2018, 16:35

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu 13-16 noyabr tarixlərində hökumət nümayəndələri  və biznes liderləri ilə görüşmək üçün Bakı, Tiflis və İrəvana səfər ediblər. 

 

Modern.az-ın məlumatına görə, bu ziyarət ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və İranla bağlı məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılmış görüşlər silsiləsindən ən sonuncusu olub.

Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb.

 

Nümayəndə heyəti suallara cavab verib. ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan və İran rejiminin davranışını maksimum iqtisadi, diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulanıb.

 

Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu