Modern.az

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Ələt-Astara yolunun ödənişli olacağı vaxt açıqlandı

Aktual

16 Noyabr 2018, 17:21

Ələt-Astara-İran sərhədi avtomobil yolu gələn ildən ödənişli ola bilər.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

Onun sözlərinə görə, yollarda ödəniş üçün turniketlər artıq sifariş verilib: "Avtomobil yolu artıq istifadəyə verilib. Ödəniş üçün turniketlər Cənubi Koreyadan sifariş olunub. Artıq yaxın günlərdə həmin turniketlər gətirilərək yolda quraşdırılmasına başlanacaq. Turniketlər quraşdırılandan sonra yol ödənişli olacaq. Gələn ildən yolun ödənişli olması nəzərdə tutulur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir