Modern.az

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

Paytaxtın iki əsas yeni yolu istifadəyə veriləcək - Saleh Məmmədov

16 Noyabr 2018, 17:38

Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunan sosial evlərdən Bakı Dairəvi Yolu ilə Şərifzadə küçəsini birləşdirəcək yol yekunlaşmaq üzrədir: "Bununla yanaşı, həmçinin paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolunu birləşdirən avtomobil yolunun tikintisi başa çatır. Bu il hər iki yol qovşağı istifadəyə veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir